Bakının Nizami rayonunda yaşlı qadın və motosiklet sürücüsü qəza zamanı xəsarət alıb.
APA xəbər verir ki, avtoqəza Qara Qarayev prospektində baş verib.
Belə ki, metrodan çıxaraq yolu keçmək istəyən 1965-ci il təvəllüdlü Həsənova Arifə Tərlan qızını motosiklet vurub.
Qəza nəticəsində o, ağır xəsarət alıb.
Motosiklet sürücüsü də yüngül bədən xəsarətləri aldığından onların hər ikisi xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.
oxumaq: 1