BuyBack ilə MacBook almaqla biznesinizə necə investisiya etmiş olursunuz? - FOTO

BuyBack ilə MacBook almaqla biznesinizə necə investisiya etmiş olursunuz? - FOTO

BuyBack biznesiniz üçün 2-si 1-də olan həlldir. Düşünün ki, iş üçün güclü və etibarlı kompüterlər alırsınız və amortizasiya müddətinin sonunda ASBC onları sizdən obyektiv qiymətə geri alır. Bu, kompüterinizi trenddə saxlamaq və əməliyyat xərclərini azaltmaq üçün asan bir yoldur. ASBC bütün bu mərhələlərin həyata keçirilməsini öz üzərinə götürür.

BuyBack nədir?

BuyBack korporativ müştərilər üçün ASBC-nin bir maliyyə xidmətidir. BuyBack “geri al” deməkdir: əvvəlcədən müəyyən edilmiş müddətdən sonra satıcı öz malını alıcıdan geri alır. Bu konsepsiya 1990-cı illərin sonlarında yaranıb və əvvəlcə birja ilə əlaqələndirilmişdi. Bu gün BuyBack satışda fəal şəkildə istifadə olunur.

Bəs bu necə işləyir?

Müştəri ASBC-dən müəyyən sayda MacBook alır və BuyBack müqaviləsi bağlayır. Orada bildirilir ki, amortizasiya müddətinin sonunda ASBC bu kompüterləri geri almağı öz öhdəsinə götürür. Məsələn, İT sektorunda bu müddət 2-3 il, maliyyə sektorunda 4-5 ildir.

Tərəflər müqavilə bağlayır, burada məbləği, şərtləri və öhdəlikləri göstərirlər. Bir qayda olaraq, 3 illik istifadədən sonra satınalma dəyəri yeni cihazın qiymətinin təxminən 30 %ini təşkil edir. Müştəri üçün BuyBack müəyyən vaxtdan sonra avadanlığın zəmanətli, sənədləşdirilmiş şəkildə dəyişdirilməsi deməkdir.

ASBC-dən Apple BuyBack məhsullarının üstünlükləri

1. Korporativ cihaz yeniləmə siyasətinin həyata keçirilməsi üçün sadə və rahat üsuldur. Köhnəlmiş avadanlıqları necə yeniləmək barədə düşünmək lazım deyil. ASBC hər şeyin qayğısına qalır: köhnəni götürür və yenisini gətirir. Komandanız həmişə ən yeni və ən yaxşı MacBook modelləri üzərində işləyir.

2. BuyBack müqaviləsinin şərtlərində nəzərdə tutulmuş zəmanətli satış hüququ.

3. Xərc hissəsinin və amortizasiyanın azaldılması. Cihazların amortizasiya müddəti BuyBack müqaviləsi ilə müəyyən edilir və imzalandığı andan qüvvədədir. Bu, şirkətinizin qeydlərində aktivin amortizasiya dəyərini azaldır və aktivin istifadə müddəti ərzində amortizasiya xərclərinin məbləğini azaldır.

4. MacBook-un azaldılmış xərci, amortizasiya olunacaq: yeni kompüterin qiyməti minus alış qiyməti.

5. Cihazları saxlamağa ehtiyac yoxdur. İstifadə edilməmiş avadanlıqları bir yerdə saxlamaq lazımdır, lakin bütün şirkətlərin bunun üçün ofis sahəsi və ya anbarları yoxdur. Şirkət adətən avadanlığın atılması üçün də pul ödəyir. BuyBack vəziyyətində isə pulu alırsınız.

BuyBack ASBC-nin eksklüziv bir xidmətidir. MacBook Pro bazarda ən güclü notbuklardan biridir. BuyBack ilə MacBook aldığınız zaman şirkətinizin əməliyyat xərclərini azaldır və uzun illər istifadədən sonra yeni müasir kompüterlər əldə edərək ikiqat fayda əldə etmiş olursunuz. Bu, xidmət və məhsulun mükəmməl vəhdəti deməkdir.

Niyə komandanızı MacBook Pro 14 və 16” ilə növbəti mərhələyə yüksəltməlisiniz?

Proqramçılar, dizaynerlər və peşəkar şəkildə kontent yaradan hər kəs güclü kompüterə ehtiyac duyur. Hesablamalar mərkəzi və qrafik prosessorları yükləyir, buna görə də yüksək performans, böyük həcm və RAM üçün maksimum sürət lazımdır. 14 düym və 16 düymlük MacBook Pro ən tələbkar tapşırıqlar üçün belə mükəmməldir.

M1 Pro və M1 Max çipləri Apple tarixindəki ən güclü çiplərdir. Onlar 10 nüvəli CPU, 32 nüvəli GPU, 64 GB birləşdirilmiş yaddaşa malikdirlər.
Möhtəşəm 14,2" və 16,2" Liquid Retina XDR displeyləri. Mac-da işləri görmək daha sürətli və daha rahat olacaq, çünki daha çox məlumat daha böyük ekranda daha yaxşı görünür. 512 GB və 1 TB SSD (8 TB-ə qədər artırmaq olar) - vacib məlumatları saxlamaq üçün kifayət qədər yer var. Maksimum funksionallıq üçün genişlik: SDXC kart yuvası, HDMI portu, 3,5 mm qulaqlıq çıxışı, MagSafe 3 güc portu, üç Thunderbolt 4 (USB‑C) portu. 3 əlavə monitorun quraşdırılması. USB-C interfeysindən istifadə edərək DispalyPort vasitəsilə müntəzəm video çıxışı əldə edin. Adapterlərdən istifadə edərək VGA, HDMI, DVI və Thunderbolt 2 portlu cihazlara video çıxışı əldə edin. Dözümlü materiallar. MacBook-un korpusu zədələrə davamlı olan yüngül və davamlı material olan bütöv alüminiumdan hazırlanır. Bir neçə illik istifadədən sonra belə Mac hələ də ilk günkü kimi yepyeni görünəcək.

Biznesdə Mac istifadə etməyin faydaları

MacBook istifadə etmək çox sərfəlidir. 3 illik istifadədən sonra belə onlar ilkin qiymətinin 32 %-ini qoruyurlar. Eyni dövr üçün PC-dəki göstərici cəmi 8 %-dir. Bu, Mac-larda 5-6 il ərzində pulsuz əməliyyat sistemi yeniləmələrinin gəlməsi ilə bağlıdır. Bundan əlavə, Apple kompüterlərinin istehsalında yüksək keyfiyyətli komponentlərdən və bahalı materiallardan istifadə olunur.

Şirkətlər üçün MacBook-dan istifadənin faydalı olmasının bir çox başqa səbəbləri də var:

macOS əməliyyat sistemi viruslardan və zərərli proqramlardan etibarlı şəkildə qorunur. Üstəlik əlavə proqram təminatının alınmasını tələb etmir. Əsas proqram təminatı quraşdırılıb: mətn, cədvəllər, təqdimatlar və multimedia ilə işləmək üçün proqramlar var. MDM həlləri sizə işçilərin cihazlarını uzaqdan idarə etməyə imkan verir. Mac işçilərin loyallığını artırır. Bu yaxınlarda Jamf Employee Choice sorğusu göstərdi ki, seçim imkanı verilsə, təxminən 4 işçidən 3-ü iş üçün Apple cihazlarını seçəcək. Şirkət resurslarına qənaət. Mac-ın yüksək etibarlılığı və sürətli qəbulu işçilərin vaxtına qənaət edir. Bu da birbaşa şirkət resurslarına qənaət etmək deməkdir.

Niyə məhz ASBC-ni seçməlisiniz?

ASBC 1996-cı ildən bəri bazardadır. Şirkət İT seqmentində avadanlıq və müxtəlif həllər təklif edir, həmçinin onları mövcud ekosistemlərə tətbiq edir. ASBC üç istiqamətdə fəaliyyət göstərir: B2B, В2С və e-ticarət, həmçinin avtorizə edilmiş servis mərkəzləri də var. Şirkətin tərəfdaşları arasında Apple, Lenovo, Prestigio, Logitech, Microsoft və başqaları kimi iri istehsalçılar var.

ASBC ilə işləyərək siz əldə edəcəksiniz:

1. çoxsaylı servis təklifləri. Şirkət xüsusi statusa malikdir: Avtorizə olunmuş Apple Servis Mərkəzi. Yerli bazarlar üçün unikal xidmətlər təklif edir: Trade-in, BuyBack, uzadılmış zəmanət, CTO, ABM, JAMF, sertifikasiyalı Apple ekspertləri tərəfindən təlim və s.

2. rəsmi əməkdaşlıq. ASBC qanun çərçivəsində fəaliyyət göstərir, ona görə də bütün cihazlar mühasibat balansına daxil edilə bilər və amortizasiyaya məruz qalır. Cihazın bloklanma riskləri istisnadır ("boz" bazarda kompüter alarkən baş verə bilər).

3. hər şey bir yerdən. Siz yalnız bir təchizatçıdan avadanlıq almırsınız, həm də onun köməyi ilə siz ofis işinin təşkili ilə bağlı məsələlərin əksəriyyətini həll edirsiniz.

4. rahat yerləşdirmə. ASBC-nin 8 ölkədəki təcrübəsi sizə yeni bazara daxil olmağa və biznes məkanını genişləndirməyə kömək edəcək.

5. MacBook kastomizasiyası. Bunlar Apple fabrikində sizin ehtiyaclarınız üçün xüsusi olaraq yığılmış fərdi xüsusiyyətlərə malik modellərdir.

Bu gün ASBC 8 ölkədə təmsil olunur və 10 mindən çox B2B müştərisi var. Onların arasında dünya şöhrətli şirkətlər var: EPAM, Wargaming, Grid Dynamics, Fitbit (Google-un törəmə şirkəti), Ring (Amazon) və s. Biz sizə də güvənirik!

Ətraflı məlumat üçün asbc.az saytına daxil olun və ya +994512308855 mobil nömrəsi ilə əlaqə saxlayın.

“Buta Airways” Volqoqrada reys açır Azərbaycanın ABŞ bazarına "Amazon" və "eBay"la ixrac imkanları yaranıb RİNN şəhid övladları üçün Yeni il şənliyi təşkil edib - FOTO

oxumaq: 1