Gəncədə “Abad məhəllə layihəsi çərçivəsində növbəti işlər həyata keçirilir

Gəncədə “Abad məhəllə layihəsi çərçivəsində növbəti işlər həyata keçirilir

Gəncə şəhərində çoxmənzilli yaşayış binalarının həyətlərində abadlıq işləri davam etdirilir.

Gəncə Şəhər İcra Hakimiyyətindən APA-nın yerli bürosuna verilən xəbərə görə, “Abad məhəllə” layihəsi çərçivəsində görülən işlər hazırda şəhərin Heydər Əliyev və Nizami Gəncəvi prospektlərinin kəsişməsində yerləşən 81, 151 nömrəli çoxmənzilli binaların həyətlərində aparılır.

Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin ağır texnikaları vasitəsilə sözügedən ərazidə səliqə-sahman yaradılır, asfalt örtüyü salınır. Bununla yanaşı, burada yeni səki daşları quraşdırılacaq, həmçinin ərazi yaşıllaşdırılaraq, dekorativ ağaclar və gül kolları əkiləcək. Abadlaşdırılan məhəllələrdə söhbətgahlar, oturacaqlar, böyüklər üçün idman qurğuları yerləşdiriləcək, uşaq meydançaları düzəldiləcək, məişət tullantılarının atılması üçün yeni konteynerlər düzüləcək.

Xatırladaq ki, bundan öncə işlər Gülüstan yaşayış massivindən və 1-ci mikrorayonda yerləşən binaların həyətlərində aparılıb.

Qeyd edək ki, “Abad məhəllə” layihəsi çərçivəsində analoji işlər mərhələli şəkildə Gəncə şəhərinin bütün ərazilərində həyata keçiriləcək. “Müasir Azərbaycan dili” kitabının II cildi nəşr olunub Balakəndə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxsdən tapança götürülüb - FOTO - VİDEO Ali məktəblərdə tələbələrin köçürülmə səbəbləri açıqlanıb

oxumaq: 1