Professor Nadir Abdullayev vəfat edib

Professor Nadir Abdullayev vəfat edib

Dilçi alim, professor Nadir Abdullayev vəfat edib.

APA xəbər verir ki, professor 87 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Abdullayev Nadir Əziz oğlu 1935-ci il avqust ayının 15-də Göyçay rayonunun Qaraman kəndində anadan olub.

O, 1950–1954-cü illərdə Göyçay Pedaqoji Texnikumunda təhsil alıb. Elə həmin ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) tarix-filologiya fakültəsinə daxil olub. 1962–1965-ci illərdə aspirantura təhsili alıb. 1965-ci ildən Pedaqoji İnstitutun Filologiya fakültəsində Azərbaycan dili və onun tədrisi metodikası kafedrasında müəllim vəzifəsində fəaliyyətə başlayıb. 1993-cü ildən professor vəzifəsinə təyin olunub və 2021-ci ildə təqaüdə çıxana qədər fasiləsiz olaraq həmin kafedranın professoru vəzifəsində işləyib.

Nadir Abdullayev 25 adda monoqrafiya, proqram, dərslik və dərs vəsaitlərinin, o cümlədən təlim rus dilində olan orta məktəblərin VII və IX sinifləri üçün "Azərbaycan dili" dərsliklərinin, 100-ə yaxın məqalənin müəllifidir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb Ədliyyə Nazirliyində yeni təyinat olub Xankəndi-Laçın yolunda aksiya keçirilən yerdən RSK-nin təminat maşınları növbəti dəfə maneəsiz keçib - FOTO - VİDEO

oxumaq: 1