Saatlıda qanunsuz dovşan ovlayan şəxslər saxlanılıb - FOTO

Saatlıda qanunsuz dovşan ovlayan şəxslər saxlanılıb - FOTO

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Orta Muğan kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən üç nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, araşdırmalarla onların rayon sakinləri – Pərviz Astanov, Emin Əliyev və Əhliman Əliyev olduqları müəyyən edilib.

Həmin şəxslərdən 3 ədəd müvafiq sənədləri olmayan ov silahı və qanunsuz olaraq ovlanmış 11 ədəd dovşan aşkarlanaraq götürülüb.

Faktla bağlı Saatlı RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

DYP: Qar və buzlaşma səbəbindən yol qəzalarında 3 nəfər ölüb, 21 nəfər xəsarət alıb BNA: 154 avtobusun hərəkət intervalında gecikmələr var Ağcabədidə toya gedənlər qəzaya düşüb, ölən və xəsarət alanlar var - VİDEO

oxumaq: 1