Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 50 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirdə olan “Fiat” markalı minik avtomobilinin yanar hissələri yanıb.
APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Xəbərə görə, yanğın zamanı 2 nəfər xəsarət alıb və yanğınsöndürənlər hadisə yerinə çatanadək xəstəxanaya aparılıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Aysel Şahmar
Bakıda atəşfəşanlıq olub - FOTO Ərdəbildə dəm qazından zəhərlənən şagirdlərin sayı 59-a çatıb - YENİLƏNİB Ötən il uşaqların olduğu yol qəzalarının sayı açıqlanıb
oxumaq: 1